• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir

DÜNYA

17 Aprel 2022 | 12:06

"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir

“ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kiyevin ABŞ-dakı səfiri Oksana Markarova “Ukinform”a müsahibəsində deyib.

“Mən əminəm ki, Rusiyanın təhdidlərinə və ağır silahların tədarükünün dayandırılmasına dair tələblərinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməyəcək. ABŞ-dan Ukraynaya hər gün silah göndərilir. Biz gözləyirik ki, yaxın gələcəkdə yeni sanksiyalar paketinin hazırlanmasının da şahidi olacağıq”, - o bildirib.

Qeyd edək ki, aprelin 16-da Ağ ev 800 milyon dollarlıq paketin bir hissəsi kimi ABŞ-dan Ukraynaya yeni hərbi yardımın ilk partiyasının çatdırıldığını açıqlayıb.

Rusiya Ukraynaya silah göndərən bütün ölkələrə bunun gözlənilməz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR