• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib

DÜNYA

30 Avqust 2021 | 22:00 | Müəllif: Subhan Mahmudov

ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib

ABŞ avqustun 14-dən etibarən Əfqanıstandan 116 700 nəfəri təxliyə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, son sutka ərzində Kabil beynəlxalq hava limanından daha 1 250 nəfər çıxarılıb.

Eyni zamanda, iyulun sonundan etibarən Əfqanıstandan təxliyə olunanların sayı 122 min nəfəri ötüb.

Qeyd edək ki, "Taliban" hərəkatı təxliyələri avqustun 31-dək başa çatdırmağı tapşırıb. Avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026