• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərədə iki dinozavr növü tapıldı

DÜNYA

29 Sentyabr 2021 | 16:57

İngiltərədə iki dinozavr növü tapıldı

İngiltərənin cənub-qərb sahilləri yaxınlığındakı Uayt adasında nəsli kəsilmiş nəhəng spinozaurusa (onurğalı kərtənkələ) yaxın olan iki iri yirtıcı dinozavr növü aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu tapıntı barədə hesabat “Scientific Reports” nəşrində dərc olunub.

Adanın sahilində tapılan 50-dən artıq sümüyün mezozoy erasının erkən çağlarına (125 milyon il əvvəl) aid olduğu bildirilir.

Sauthampton Universiteti əməkdaşlarının apardığı tədqiqata görə, tapılan sümüklərin spinozaurid ailəsinə aid indiyədək naməlum olan iki dinozavr növünə məxsus olduğu ortaya çıxıb. Həmin dinozavrların uzunluğu 15 metrədək olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026