• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Vatikanda özünü “Jillin əri” deyə təqdim etdi

DÜNYA

29 Oktyabr 2021 | 16:45

Bayden Vatikanda özünü “Jillin əri” deyə təqdim etdi

ABŞ Prezidenti Co Bayden Vatikana səfəri çərçivəsində maraqlı an ilə yadda qalıb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden Papa Evinin əməkdaşlarından birinə özünü ABŞ Prezidenti olaraq təqdim etməyib.

Məlumata əsasən, Bayden bunun əvəzində “Mən Jillin əriyəm” deyə özünü əməkdaşlardan birinə təqdim edib.

Qeyd edək ki, Bayden və həyat yoldaşı Jill bu gün Vatikana rəsmi səfər ediblər. Bu, Baydenin ABŞ Prezidenti vəzifəsinə keçməsindən sonra Vatikana ilk səfəridir. Bununla belə, bu, Bayden və Roma Papası Fransisk arasında dördüncü görüşdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026