• Bakı 21° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

ABŞ iki ildə İsrailə 21,7 milyard dollarlıq hərbi yardım edib

DÜNYA

07 Oktyabr 2025 | 14:22

ABŞ iki ildə İsrailə 21,7 milyard dollarlıq hərbi yardım edib

Qəzza münaqişəsinin iki ili ərzində ABŞ hökuməti İsrailə hərbi yardım üçün 21,7 milyard dollar xərcləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braun Universiteti yanında “Costs of War Project” tədqiqat mərkəzinin hesabatında deyilir. Araşdırmaya görə, bu rəqəmə qarşıdakı illərdə tədarük ediləcək on milyardlarla dollarlıq silah satışı müqavilələri daxil deyil. Hesabatda Amerika silahlarının, döyüş təyyarələrin, hücum və nəqliyyat helikopterlərinin İsrail ordusu və polisinin Qəzza zolağında, İordan çayının qərb sahilində və onun hüdudlarından kənarda həyata keçirdiyi əməliyyatlarda əsas rol oynadığı vurğulanır.

Ekspertlərin hesablamalarına əsasən, Vaşinqton 2023-cü il oktyabrın 7-dən bəri İsrailin bölgədəki hərbi əməliyyatlarına əlavə olaraq 9,65-12,07 milyard dollar xərcləyib. İki il ərzində İsrailin iştirak etdiyi hərbi münaqişələrdə ABŞ-ın ümumi xərcləri təxminən 33,77 milyard dollar təşkil edir.

2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarları İsrail ərazisindəki sərhədyanı yaşayış məntəqələrinə hücum etdikdən, sakinləri öldürdükdən və 250-dən çox insanı girov götürdükdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovları azad etmək məqsədilə Qəzzada hərbi əməliyyatlara başlayıb.


SON XƏBƏRLƏR