• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ABŞ-ın iki generalı Ermənistandadır

DÜNYA

15 Sentyabr 2023 | 10:26

ABŞ-ın iki generalı Ermənistandadır

ABŞ-ın 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-ın İrəvandakı səfir Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.

Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR