• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İlin sonuncu Günəş tutulması oldu- YENİLƏNİB

DÜNYA

15 Oktyabr 2023 | 01:00

İlin sonuncu Günəş tutulması oldu- YENİLƏNİB

2023-cü ilin sonuncu Günəş tutulması olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Verilən məlumata görə, tutulma halqavari Günəş tutulması olub.

    Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamayıb və Ayın ətrafında parlaq halqa yaranıb.

    Tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb və oktyabrın 15-də saat 00:55:11-də sona çatıb.

    Tutulmanın maksimumu saat 21:59:27-də olub. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edib. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayıb və 23:48:56-da qurtarıb. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edib.

    Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunub. Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

    ***

    14 sentyab, saat 19:18

    İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, təbiət hadisəsi halqavari Günəş tutulmasıdır.

    Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

    Təbiət hadisə Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb, oktyabrın 15-i saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Təbii hadisə 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və saat 23:48:56-da qurtaracaq. Bu proses 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək.

    Təbii hadisə Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026