ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Dassault Falcon 900EX" təyyarəsi Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir", - deyə bildirilib./axar.az
















