ABŞ və Polşa arasında hərbi texnika və silahların birgə istehsalı ilə bağlı danışıqlar aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ Polşada hərbi texnikanın birgə istehsalını təşkil etmək üçün ölkənin müdafiə rəhbərliyi ilə fəal şəkildə çalışır.
Bundan başqa, Varşava ABŞ-ın Kiyevə istehsal lisenziyası verməsi şərtilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin də Polşada istehsalını təklif edib./axar.az
Bakı 



