• Bakı 19° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ADY-də yeni TƏYİNAT

CƏMİYYƏT

13 Fevral 2025 | 18:38 | Müəllif: Subhan Mahmudov

ADY-də yeni TƏYİNAT

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.


ADY-də yeni TƏYİNAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR