• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Afrika pandemiyanın kəskin fazasını geridə qoyur

DÜNYA

10 Fevral 2022 | 23:11 | Müəllif: Subhan Mahmudov

Afrika pandemiyanın kəskin fazasını geridə qoyur

Afrika ölkələri koronavirus pandemiyasının kəskin fazasını geridə qoyurlar və hazırda pandemiyaya nəzarət mərhələsinə keçirlər.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Nümayəndəliyinin rəhbəri Matşidiso Moeti deyib.

"COVID-19 hələ uzun müddətdə qitədə müşahidə ediləcək, lakin tunelin sonunda artıq işıq görünür. Bu il biz pandemiyanın kəskin fazasına son qoya və vəziyyətə nəzarəti bərpa edə bilərik. Afrika pandemiyadan COVID-19-un mövcud vasitələrlə idarə olunacağı bir vəziyyətə keçir", - deyə M.Moeti bildirib.

Qeyd edək ki, ÜST-nin məlumatların əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 11 milyondan artıq yoluxma qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR