• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağacların yanması ilə bağlı şikayət araşdırılıb

CƏMİYYƏT

09 Iyul 2021 | 19:27

Ağacların yanması ilə bağlı şikayət araşdırılıb

Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı həmin ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR