• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə silah satmaq istəyən şəxs saxlanılıb

CƏMİYYƏT

08 Avqust 2021 | 13:06 | Müəllif: Subhan Mahmudov

Gəncədə silah satmaq istəyən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov şəhər ərazisində saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, 16 kallibirli tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silahı babasından qaldığını satmaq məqsədi ilə kəsdiyini bildirib
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Gəncədə silah satmaq istəyən şəxs saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026