• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Erməni dilini bilənlər azalmamalıdır" - POLİTOLOQ

CƏMİYYƏT

07 Sentyabr 2021 | 12:35

"Erməni dilini bilənlər azalmamalıdır" - POLİTOLOQ

Müharibədən sonra Ermənistanda Azərbaycan dilini tədris edən kurslar açılıb. Artıq yeni nəsil də Azərbaycan dilini biləcək. Bəs Azərbaycanda belə kurslar açılsa, necə olar?

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:

"Biz sovet vaxtında da, indinin özündə də bəzi ermənilərin Azərbaycan dilində səlis, şivəsiz danışdıqlarını görürük. Müharibədən sonra Ermənistanda belə bir qərar veriblər ki, onlar Azərbaycan dilində tədrisi gənc nəsil üçün də davam etdirsinlər. Onlar Azərbaycan dilini düşmən dili kimi təqdim edərək düşünürlər ki, gənc nəsil bu dili bilməlidir. Azərbaycanda yaşamış daha böyük nəsil isə uşaqlıqdan Azərbaycan dilini bilirdi. Lakin, təbii ki, indiki nəsilin Azərbaycanla heç bir əlaqəsi yoxdur, çünki eşitməyib. Onların fikrincə, bu nəsilin də Türk və Azərbaycan dilini öyrənməsi gələcəkdə Ermənistana kömək edə bilər.

Təbii ki, düşmənin dilini bilmək lazımdır. Ona görə də, Azərbaycanda erməni dilini bilənlər azalmamalı, əksinə erməni dili və ermənişünaslıqla bağlı ciddi şəkildə genişləndirilmə aparılmalıdır. Əgər vaxtıykən Ermənistandan gələnlər ermənicə bilirdilərsə, indi həmin o nəsil erməni dilini bilmir. Buna görə də, yaradılan xüsusi qrupların vasitəsilə həvəsi olanlara erməni dilinin öyrədilməsi gələcəkdə düşmən üzərindəki qələbələrimizdə mühüm rol oynayacaq. Kəşfiyyatdan tutmuş əks kəşfiyyata qədər, bugünkü qlobal dünyada, sosial şəbəkələrdə, erməni seqmentində iştirak və s. Bütün bunlar erməni dilini bilməyi tələb edir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR