• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

CƏMİYYƏT

07 Oktyabr 2021 | 11:24

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

Bununla yanaşı, Səngəçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Səngəçal qəsəbəsi - “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.

Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR