• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ağsuda dağlıq ərazi yanır

HADİSƏ

18 Avqust 2021 | 17:10

Ağsuda dağlıq ərazi yanır

Ağsuda dağlıq ərazidə yanğını başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 4 ha sahədə kol-kos və ağaclar yanır.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026