• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ Ukraynaya 50 milyard avroluq yardımı TƏSDİQ ETMƏDİ

DÜNYA

15 Dekabr 2023 | 08:48

Aİ Ukraynaya 50 milyard avroluq yardımı TƏSDİQ ETMƏDİ

Avropa İttifaqının sammitində növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiqləmək mümkün olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitin birinci gününün yekunları üzrə jurnalistlərə açıqlama verib.

Mişel bildirib ki, yalnız Macarıstanın bu proqrama qarşı çıxıb: “Bugünkü iclasımızı yenicə bitirdik. Biz uzunmüddətli yardım proqramını müzakirə etdik və sizi əmin etmək istəyirəm ki, 26 lider bu proqramın bütün komponentlərini dəstəkləyib.

Ukraynaya dəstək, həmrəylik fondu, müdafiənin bütün komponentləri var. Biz bu mövzuya yanvarda qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026