• Bakı 25° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AK Partinin binasına hücum oldu

DÜNYA

30 May 2023 | 10:29

AK Partinin binasına hücum oldu

Bu gün səhər Türkiyədə hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) Kırıkkale şəhərinin Lüleburqaz rayon təşkilatının binasına hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, hücumu həyata keçirən şəxs binaya daşlar atıb.

Nəticədə binanın pəncələrinin şüşələri sındırılıb.

Hücumu həyata keçirənin şəxsiyyəti müəyyənləşib və o, saxlanılıb. Onun haqında istintaq başlanılıb.

Həmin şəxsin adı hələlik açıqlanmayıb. Onun 20-25 yaş aralığında olduğu bildirilib.

Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cumhur" İttifaqından prezidentliyə namizəd, AK Parti sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR