• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Meksikada partlayışlar zamanı 10 nəfər xəsarət alıb

DÜNYA

29 Iyun 2023 | 09:46 | Müəllif: Subhan Mahmudov

Meksikada partlayışlar zamanı 10 nəfər xəsarət alıb

Meksikanın Tultepek və Zumpanqo şəhərlərində iki ayrı atəşfəşanlıq emalatxanasında baş verən partlayışlar nəticəsində 10 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, partlayışlar zamanı xəsarət alanların 6-sı polis əməkdaşlarıdır. İlk partlayış Zumpanqoda baş verib və bir nəfər yaralanıb.

Bundan qısa müddət sonra Tultepekdəki başqa bir atəşfəşanlıq emalatxanasında ikinci partlayış baş verib. Sexdə baş verən hadisə zamanı 6-sı polis olmaqla 9 nəfər yaralanıb.

Aidiyyəti orqanlar partlayışlarla bağlı araşdırmanın başlandığını bildiriblər. Qeyd edilir ki, hadisələrin baş verdiyi sexlər qanuni fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026