Birləşmiş Ştatlar Rusiya ərazisinə zərbələr endirməyi təşviq etmir və onlara töhfə vermir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi Ukrayna ordusunun Taqanroqa zərbə endirməsi haqda qeyd edib.
“Biz çox açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları təşviq etmirik və ya onlara kömək etmirik”, - o bildirib.
















