• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kramatorska raket hücumu oldu - Xeyli sayda ölü var

DÜNYA

29 Iyun 2023 | 00:27

Kramatorska raket hücumu oldu - Xeyli sayda ölü var

Donetsk vilayətinin Kramatorsk şəhərinə iyunun 27-də Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. Ölənlər arasında 3 uşaq da var. Dağıntılar altında hələ də sakinlərin olması ehtimal edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

"Axşam saatlarına olan məlumata görə, üçü uşaq olmaqla, 11 nəfərin öldüyü məlumdur. Daha 61 nəfər xəsarət alıb", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya qoşunları iyunun 27-də axşam saatlarında Kramatorska raket hücumu zamanı S-300 zenit-raket kompleksindən istifadə edib. Raket dinc sakinlərin çox olduğu şəhər mərkəzindəki kafelərdən birini dağıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026