Türkiyədəki “İYİ Partiya”nın sədri Meral Akşener “Altılı masa”ya dönüb.
Bakıvaxtı.az "HeberGlobal"a istinadla xəbər verir ki, bu barədə “İYİ Partiya”nın sözçüsü Kürşad Zorlu bildirib.
Onun sözlərinə görə, Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Məlumata görə, Akşener yerli vaxtla saat 16:00-da keçirləcək “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib.
Səadət Partiyası tərəfindən ev sahibliyi ediləcək yığıncaqdan sonra, prezidentliyə namizədin adı açıqlanacaq. "Altılı masa"nın namizədinin CHP lideri Kamal Kılıçdaroğlu olacağı gözlənilir.
Murad Məmmədli
















