• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Ramazanda ağız qoxusunun qarşısını necə almaq olar? 

DÜNYA

05 Aprel 2023 | 16:20

Ramazanda ağız qoxusunun qarşısını necə almaq olar?

Ramazanda qidalanma rejiminin dəyişdirilməsi, uzunmüddətli aclıq pis qoxuya səbəb ola bilər. Mütəxəssislər ağız və diş sağlamlığını qorumaq üçün həm ağız gigiyena vərdişlərində, həm də pəhrizdə bəzi dəyişikliklərin edilməsi lazım olduğunu vurğulayırlar.

Bakıvaxtı.az xəbər verir ki, oruc tutarkən ilk növbədə adekvat və balanslı qidalanmaya diqqət yetirilməlidir.

Həm ağız quruluğunun, həm də bədənin susuzluğunun qarşısını almaq üçün iftar və sahur arasında bol su için.

Fast food yeməmək, yeməyi yaxşı çeynəmək ağız və diş sağlamlığı ilə yanaşı, həzmə kömək etmək baxımından da çox əhəmiyyətlidir.

Dişlərinizə və diş ətinizə zərər verməmək üçün çox isti və ya soyuq yemək və içkilər qəbul etməməlisiniz.

Ramazan ayında pendir və süd məhsulları istehlak edə bilərsiniz. Bu sayədə dişlərinizin ən təbii şəkildə çürüməsinin qarşısını almış olarsınız.

Sarımsaq və soğan kimi qidalardan uzaq durun.

Süd və balıqda həzm zamanı pis qoxu çıxaran zülallar olduğundan dişlər istehlakdan dərhal sonra fırçalanmalıdır.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR