Rusiya Təhsil Nazirliyi Yekaterinburqda yerləşən Rusiya Dövlət Peşə-Pedaqoji Universiteti (RGPPE)-ni rəsmi olaraq bağlayıb.
Bakıvaxtı.az "URA.RU"a istinadla xəbər verir ki, bu barədə Nazirlik müvafiq əmr imzalayıb.
"2024-cü il dekabrın 20-də Rusiya Federasiyası Təhsil Nazirliyinin 20.12.2024 tarixli 988 nömrəli əmri ilə ali təhsil müəssisəsi olan "Ural Dövlət Pedaqoji Universiteti" və "Rusiya Dövlət Peşə-Pedaqoji Universiteti"nin yenidən təşkili qərara alınıb", – deyə əmr mətnində bildirilir.
Ləğv edilmiş universitet, Ural Dövlət Pedaqoji Universitetinin (UrGPU) tərkibinə daxil ediləcək. Eyni zamanda, RGPPE-nin mövcud təhsil formaları saxlanılacaq və tələbələrlə müəllimlərə tədris prosesinin fasiləsiz davam etdiriləcəyi vəd olunub.
Nuriyyə Musayeva