Gürcüstanın Xarici İşlər Nazirliyi etiraz aksiyalarında iştirak edən nümayişçilərə qarşı sərt ölçülərin tətbiqinə cavabdeh olan gürcüstanlı vəzifəli şəxslərin ölkə hüdudlarına daxil olmasına qadağa qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya XİN-in rəsmi “X” səhifəsində məlumat paylaşıb.
“Bu gün Almaniya buna görə cavabdeh olan gürcüstanlı vəzifəli şəxslərin girişinə qadağa tətbiq edib”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, 2024-cü ilin yaz aylarında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı” haqda qanun qəbul edib.
Xarici agentlər haqqında qanun kimi tanınan bu qanun xaricdən maliyyələşmənin 20%-dən çoxunu alan özəl təşkilatlar və KİV-lərə şamil edilir. Sənədin parlamentdə qəbul olunması ölkədə kütləvi etiraz aksiyalarına yol açmışdı.