• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

AMB-nin 100 minlik maşını satışa çıxarılır

CƏMİYYƏT

26 Noyabr 2025 | 13:43

AMB-nin 100 minlik maşını satışa çıxarılır

Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan nəqliyyat vasitələri dekabrın 25-də hərraca çıxarılacaq.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hərracda müxtəlif markalı minik avtomobillərindən tutmuş xüsusi təyinatlı nəqliyyat vasitələrinə qədər ümumilikdə 22 avtomobil satışa təqdim ediləcək.

Satışa çıxarılan nəqliyyat vasitələri arasında "Mersedes-Benz S500", "Leksus LX 570", "BMV 740 LI", "Hunday Sonata", "Hunday Equus", "Honda Akkord", "Toyota Kəmri", "KIA Serato", "GMC Yukon Denali" və digər modellər yer alır. Avtomobillərin start hərrac qiymətləri 3 800-10 2681.7 manat aralığında dəyişir.

AMB-nin balansından satışa çıxarılan nəqliyyat vasitələrindən bəzilərinin start qiymətləri daha yüksək maraq doğurur. Məsələn, 2016-cı il istehsalı olan "Leksus LX 570" 102 min 681.7 manat start qiyməti ilə təqdim olunur. 2013-cü il istehsalı "Mersedes-Benz S500" avtomobili üçün start qiyməti 35 min 368.5 manatdır. Bundan əlavə, 2013-cü il istehsalı "GMC Yukon Denali" 30 min manat start qiyməti ilə hərraca çıxarılır.


SON XƏBƏRLƏR

25 Noyabr 2025