Əməkdar artist Nigar Şabanova valideynlərinin fotosunu yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, xanəndə uzun müddət səhhətində problem olan anasının 3 ildən sonra ilk dəfə restorana getdiyini vurğulayıb:
"Allah hamının valideynini qorusun. Atam, anam, dünyamsınız. Anam 3 il sonra ilk dəfə restorana gəldi. Deyirdi, bu ayaqla sizə yük oluram. Valideynləri sağlamlıqdan əziyyət çəkən övladlara bu, stimul olsun. Mən nümunəyəm, bunu bacaracaqsınız. Mən illər sonra bacardım. Allah bütün xəstələrə şəfa versin. Mənim də anamın ayağı açılsın".
Qeyd edək ki, N.Şabanovanın anası 2021-ci ildə uzun müddət xəstə yatmış və komaya düşmüşdü.

















