• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Andrey Şevçenko Ukrayna millisindən ayrıldı

İDMAN

01 Avqust 2021 | 18:22 | Müəllif: Subhan Mahmudov

Andrey Şevçenko Ukrayna millisindən ayrıldı

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko gözlənilməz qərara imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 45 yaşlı mütəxəssis postundan ayrılıb.

Şeva Ukrayna Futbol Assosiasiyası ilə başa çatan müqaviləsini yeniləməmək qərarına gəldiyini açıqlayıb: “Yığmada işlədiyim 5 ildə müasir futbol oynamaq iqtidarında olduğumuzu göstərdik. Ukrayna millisində çalışmaq imkanına görə hər kəsə, bütün oyunçulara minnətdaram. Dəstək və tənqidlərə görə də bütün azarkeşlərə təşəkkür edirəm”.

Şevçenko klub çalışdırmaq arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Ukrayna millisi ötən ay başa çatan AVRO-2020-də 1/4 final mərhələsinə qədər irəliləyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026