• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Aprelin 5-də bağçalar bağlanmayacaq - Yeni qərar

CƏMİYYƏT

03 Aprel 2021 | 17:32

Aprelin 5-də bağçalar bağlanmayacaq - Yeni qərar

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

Anews.az xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Qeyd edək ki, dünən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı fərqli qərar verilmişdi. Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaqdı. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026