• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Aqrar Sığorta”ya yeni sədr təyin edildi

CƏMİYYƏT

15 Mart 2024 | 13:49

“Aqrar Sığorta”ya yeni sədr təyin edildi

“Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, müştərək sığorta şirkətinin DŞ-nin yeni sədri İlkin İlqar oğlu Zeynalov seçilib. O bu vəzifədə Pərviz Səfərovu əvəzləyib. Pərviz Səfərov isə DŞ-nin müstəqil üzvü seçilib. Bundan əlavə, Direktorlar Şurasının üzvü Səbinə Xanbabayeva Murad qızı şirkətdən ayrılıb. “Aqrar Sığorta Müştərək Sığorta”nın DŞ-nin digər üzvləri isə dəyişməyib.

    Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR