• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB

SİYASƏT

13 May 2024 | 12:43

ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki ATƏT sədri səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

    "Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", məlumatda bildirilib

    ***

    11:53

    ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

      O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

      "Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      17 Sentyabr 2026