• Bakı 21° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

ATƏT/DTİHB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək

SİYASƏT

08 Iyul 2024 | 19:55

ATƏT/DTİHB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə DTHİB-dən bildirilib.

Onlar bundan əvvəl Azərbaycandan seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün rəsmi dəvət alıblar.

“Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüatlar barədə danışmaq hələ tezdir”, - Bürodan bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024