• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Avarçəkmə üzrə Azərbaycan çempionatına START VERİLİB

İDMAN

03 Sentyabr 2024 | 17:18

Avarçəkmə üzrə Azərbaycan çempionatına START VERİLİB

Azərbaycan Respublikasının Gənclər  və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.

Qeyd edək ki, qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaq.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024