• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır" - İlham Əliyev

SİYASƏT

18 May 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

"Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır" - İlham Əliyev

"Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Prezident deyib: "Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR