• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Avropa "Sinovac"ı tanımır, çünki..." - İnfeksionist

CƏMİYYƏT

28 Avqust 2021 | 10:51

"Avropa "Sinovac"ı tanımır, çünki..." - İnfeksionist

Məlum olduğu kimi, Avropa Parlamenti "Vaksin pasportu haqqında” Qanunu təsdiqləyib. AP qanununu qəbul edən 27 ölkəyə 1 iyul tarixindən sərbəst səyahət etmək mümkün olacaq.

Belə ki, pasportda Avropa Dərman Agentliyi tərəfindən "BioNTech", "Moderna" və "AstraZeneca" peyvəndləri öz təsdiqini tapıb. Lakin qanun Çinin "Sinovac" və Rusiyanın "Sputnik V" peyvəndini tanımır. Bu qayda bizim ölkə də daxil olmaqla, "Sinovac" və "Sputnik V" tətbiq edən ölkələrin vətəndaşlarına qarşı diskriminasiyadır.

Bəs öncədən “Sinovac” və ya “Sputnik V” peyvəndi vurduranlar Avropa ölkələrinə getmək üçün yenidən təsdiq olunmuş vaksinlərdən istifadə edə bilər? Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Bakıvaxtı.az-a bildirib ki, Koronavirusa qarşı dünyada mövcud olan bütün vaksin növləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən öz təsdiqini tapıb: “Dünyanın onlarla ölkəsi “Sinovac”ı tətbiq edib. Avropanın “Sinovac” və “Sputnik V” vaksinini qəbul etməməsi siyasi məsələdir. Digər məsələyə gəldikdə isə qeyd edim ki, insane əvvəlcədən “Sinovac” və ya “Sputnik V” peyvəndi qəbul edibsə, 6 ay sonra digər vaksinlərdən vurdura bilər. Burda hər hansı bir əks göstəriş olmayacaq. Sadəcə 6 ayı gözləmək lazımdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026