26 sentyabr 2021-ci il. Şanlı qələbəmizin ildönümü münasibəti ilə bir qrup Cəbrayıl sakini rayon ərazisində yerləşən '"N" saylı h/ h-nin şəxsi heyəti ilə görüşdü.
Şəhid valdeynləri , Qarabağ qaziləri və veteranları, Azərbaycanın əməkdar artistləri - Gülüstan Əliyeva (həyat yoldaşı şəhiddir), İlkin Əhmədov, ziyalılar əsgər, zabitlərimizi bu möhtəşəm qələbənin ildönümü münasibəti ilə təbrik etdilər. Şəhidlərimizi hörmətlə yad edib , belə oğullar yetişdirən valdeynlərə minnətdarlıq etdilər. Çıxış edən h/ h - nin komandiri qonaqlara təşəkkür edib belə görüşlərin şəxsi heyətə mənəvi - psixoloji təsirindən danışdı Qonaqları və xalqımızı əmin etdi ki , Azərbaycan ordusu istənilən döyüşmtapşırığını yerinə yetirməyə hər an hazırdır.
Qarabağ qazisi Vaqif Əlisoy

















