“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsinə yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib.
Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.
Qeyd edək ki, növbəti yarımfinal mayın 11-də keçiriləcək.
Final mərhələsi isə mayın 13-də olacaq.
***
00:11
“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində Azərbaycan təmsilçiləri çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxıblar
Təmsilçilərimiz “Tell me more” mahnısını səsləndiriblər.
***
9 may, saat 23:19
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yarış Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunub.
Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alıb. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaq.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Səsvermə canlı konsert zamanı açıqdır.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edir.
















