Son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərib.
***
11:45
Sərin havalardan sonra istilərin düşməsi avtobuslarda kondisioner sisteminin işə salınmasını zəruri edir. Ancaq sərnişinlər hətta pik vaxtlarda belə kondisioner sistemim işə salınmamaından narazılıq edir.
Məsələylə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakş Nəqliyyat Agentliyini (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobuslarda sərinləşdirmə sistemlərinin mövcudluğu sərnişinlərin rahatlığına hesablanıb: “Əgər havanın tempuratur göstəriciləri yüksək olarsa, bu sistemlər işə salınmalıdır. Sərinləşdirmə sistemi olmayan avtobuslarda isə pəncərələri açıq saxlamaqla təbii havalandırma təmin olunmalıdır”.
M.Ağayev qeyd edib ki, Bakı şəhərində havanın temperatur göstəriciləri son bir həftəyə qədər sərin keçirdi: “Yüksək temperatur davam edərsə, yay mövsümü başlamazdan əvvəl artıq bu sistemlərin işə salınması ilə bağlı daşıyıcılara tapşırıq veriləcək. Çünki vacib olan avtobusda səyahət edən sərnişinlərin rahatlığıdır”.
Aytac Aslan
















