• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bu şirkət valyuta əməliyyatlarına görə cərimələnir

CƏMİYYƏT

30 Iyun 2022 | 12:29

Bu şirkət valyuta əməliyyatlarına görə cərimələnir

Balıq məhsullarının istehsalını və satışını edən “Karona LTD” MMC Mərkəzi Bankı tərəfindən cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb MMC-nin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.

Belə ki, “Karona LTD” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib.

Ramid İbrahimov  

 


SON XƏBƏRLƏR