Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsi 1984-ci il təvəllüdlü Müzəffərova Minəxanım Dilavər qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
















