• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda AĞIR QƏZA: bir ailənin dörd üzvü...

HADİSƏ

23 Dekabr 2023 | 09:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda AĞIR QƏZA: bir ailənin dörd üzvü...

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026