• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Axtarışda olan keçmiş məhkum silahla SAXLANILDI

HADİSƏ

12 Avqust 2024 | 13:06

Axtarışda olan keçmiş məhkum silahla SAXLANILDI

Paytaxt ərazisində evlərdən birinin həyətinə etdiyi hüquqazidd əməldən yayınmaq məqsədi ilə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Davam etdirilən araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026