• Bakı C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

AYNA: Avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılacaq

CƏMİYYƏT

29 Yanvar 2025 | 12:07

AYNA: Avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılacaq

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır.

Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2 800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.

Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR