"İşğaldan azad edilmiş ərazilərdə iki yeni su anbarı inşa ediləcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə hazırda 9 su anbarı və 14 çay var. "Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir. Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərin su təminatını yaxşılaşdıracaq".
Nazir müavini deyib ki, 11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır: "Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları Tərtər, Füzuli, Ağdam və digər rayon ərazilərini içməli su ilə təmin edəcək".
Nuranə Daxilqızı
















