• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azad edilmiş ərazilərdə ötən həftə 43 mina aşkarlandı

CƏMİYYƏT

24 Iyul 2023 | 17:41

Azad edilmiş ərazilərdə ötən həftə 43 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 17-dən iyulun 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 28, tank əleyhinə 15 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

227.23 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR