• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu baxımdan Özbəkistanı böyük potensial olaraq görürük”  

CƏMİYYƏT

23 Avqust 2023 | 16:04

"Bu baxımdan Özbəkistanı böyük potensial olaraq görürük”

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. 

Azərbaycan və Özbəkistanın dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü keçirilib.

Tərəflər arasında, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, həmçinin informasiya, energetika, mədəniyyət, media, gənclər siyasəti və idman sahələrində sənədlər imzalanıb.

Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

“Azərbaycanın haqlı mövqeyini müdafiə Özbəkistanın başlıca siyasi xəttini təşkil edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir: “Birinci növbədə Türkiyə ilə Azərbaycanın rəhbərliyi ilə inşa olunan Türk Dövlətləri Birliyinin Orta Asiyada ən güclü dövləti Özbəkistandır. Özbəkistan Asiya ilə Avropa arasında gələcəyə yönəlik “Bir kəmər, bir yol” layihəsində klid ölkədir. Özbəkistanın insan, iqtisadi və hərbi resurslarının əhəmiyyəti, geosiyasi və çoğrafi üstünlüyü üçlü güclü dövlət yaratmaq imkanı da verir. Bu baxımdan Özbəkistanı böyük potensial olaraq görürük”. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026