2023-cü ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq.
Bu barədə Bakıvaxtı.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Məlumata görə, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.
Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.