• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL-da yoxlama aparılır? - Nazirlikdən AÇIQLAMA

CƏMİYYƏT

18 Noyabr 2022 | 09:35

AZAL-da yoxlama aparılır? - Nazirlikdən AÇIQLAMA

Son günlər “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) korrupsiya yoxlamalarına başlanılması ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, yoxlamalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən aparılır.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin Mətbuat Xidmətindən cavab olaraq bildirildi ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026