• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azarkeşlər VAR sisteminə zərər vurdu, “Qarabağ” ödəyəcək

İDMAN

19 May 2023 | 13:36

Azarkeşlər VAR sisteminə zərər vurdu, “Qarabağ” ödəyəcək

"Qarabağ" klubu "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının 34-cü tur oyununda VAR sisteminə dəymiş zərəri qarşılayacaq.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Ölkə çempionunun 3:0 hesabı ilə qalib gəldikləri matç bitdikdən sonra "köhlən atlar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.

"Səbail" klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.

Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026