• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan hər hansı təhdidə cavab tədbirləri hazırlamalıdır - Deputat

SİYASƏT

01 Fevral 2024 | 11:20 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan hər hansı təhdidə cavab tədbirləri hazırlamalıdır - Deputat

“2020-ci ilin Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Avropadan hər hansı addım görmədik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, bölgədə güc yaratmağa iddialı olan güc mərkəzləri sülhə mane oldu: “AŞPA iclasında yaranmış böhranlı vəziyyətdə nümayəndə heyətimizin atdığı addımı doğru hesab edirəm. Niderland parlamentində deputatlar da Azərbaycan-Ermənistan məsələsini qaldıraraq iddia edirlər ki, guya Azərbaycan Ermənistanı işğal edəcək. Cənubi Qafqaza qarşı olan kənar müdaxilələrin qarşısı alınmalıdır”.

Deputat bildirib ki, Azərbaycan hər hansı təhdidə cavab tədbirləri hazırlamalıdır:

“Azərbaycanın daxili işlərinə qarışan güclərə qarşı lazımi tədbirlər görülsün”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026